Baş Prokurorluq: Yeniyetmənin ölümü araşdırılır
Ə.Babaşovun meyiti yaşadığı evdə tapılıb

15:40
Sumqayıtda yeniyetmənin ölümü araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 31-də saat 7 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.
Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.
***
Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.
2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.
İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra ölüb
Faktla bağlı araşdırma aparılır.