Xankəndi ərazisində 6 silah aşkarlandı
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Yanvarın 16-da Xankəndi şəhəri ərazisində 6 silah aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb.