Maşınla Kürə düşən şəxslərin axtarışları davam edir VİDEO

Bu barədə FHN-dən bildirilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir.

    Bu barədə FHN-dən bildirilib.

    Bildirilib ki, 3 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlar başlanılıb.

    Hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv şəkildə axtarışlar davam etdirilir.

    Əlavə məlumat veriləcək.