XƏBƏRLƏR / İctimaiyyət

Kiberdələduzlarla bağlı xəbərdarlıq

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb

Kiberdələduzlarla bağlı xəbərdarlıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq həyata keçirilir.

    Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Belə ki, vətəndaşlara müxtəlif tapşırıqları yerinə yetirərək qazanc əldə edilməsi vəd edilir.

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edib.