"Türk Şəhidliyi" abidəsi ziyarət edilib
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin saytı məlumat yayıb.
Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü şərəfinə Azərbaycan Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu 1918-ci ildə şəhid olmuş türk azadlıq döyüşçülərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Müdafiə Nazirliyi adından abidənin önünə gül dəstələri düzülüb, qərənfillər düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.