XƏBƏRLƏR / İctimaiyyət

Piyadaların üzərinə su çiləyən sürücülər cərimələnəcək

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib

Piyadaların üzərinə su çiləyən sürücülər cərimələnəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    "Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaların üst-başlarını batırırlar.

    İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir.

    Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq". - məlumatda deyilir.