XƏBƏRLƏR / İctimaiyyət

Tibb müəssisələri informasiya sistemlərində fasilə yaranıb

Bu barədə TƏBİB-dən bildirilib

Tibb müəssisələri informasiya sistemlərində fasilə yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.

    "İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - qurumdan vurğulanıb.

    Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin elektron sistemində yaranmış texniki nasazlıqla əlaqədar uzun növbələr yarandığı iddia edilib.