Tərtərdə naməlum heyvan skeleti tapılıb
Skeletin qəribə görünüşü sakinlərin marağına səbəb olub

Tərtər rayonunun Hüsənli kəndində naməlum heyvan skeleti aşkar edilib.
Kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən, köhnəlmiş döşəməni sökdüyü zaman heyvan skeleti aşkar edib. Skeletin qəribə görünüşü sakinlərin marağına səbəb olub. Naməlum heyvanın skeletinə baxanlar onun hansı heyvana aid olduğunu müəyyən edə bilmirlər. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu deməyə əsas verir.