 
                                13:45
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan şəhid Heydərov Elçin Ağamməd oğlu ilə vida mərasimi keçirilib.


Şəhid Heydərov Elçin Ağamməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları İmişli rayonu, Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.


Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbiçilər iştirak ediblər.
Qeyd edək ki, Elçin Heydərov 1971-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 12 yanvar 1994-cü ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində itkin düşmüş hesab edilib.
***
13:27
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Allahverdiyev Teymur Qüdrət oğlu ilə vida mərasimi keçirilib.


Şəhidin nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Neftçala rayonunun Qaçaqkənd kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbçilər iştirak ediblər.
Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilib.
***
12:27
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mikayıl Atababa oğlu Əliyev oktyabrın 31-də paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən yeni məzarlıqda dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də paytaxtın Nizami rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Mikayıl Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.
***
11:45
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Əliyev Mikayıl Atababa oğlu ilə vida mərasimi keçirilib.
Mərasim şəhidin Xəzər rayonu Zirə qəsəbəsində yerləşən evində baş tutub.
Mərasimdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Mikayıl Əliyevin nəşinin qalıqları Zirə qəbristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.
***
11:20
Birinci Qarabağ müharibəsində Xocalı uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilər Hüseynov Çingiz Usub oğlu və Qəmbərov Səfər Qarsalan oğlunun nəşlərinin qalıqları bu gün Xocalı Şəhidlər xiyabanında dəfn edilib.

Hər iki şəxs Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilib. Onların nəşinin qalıqları 33 il sonra Xocalı ərazisində aparılan tikinti işləri zamanı aşkarlanıb.


Mərasimdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhidlərin nəşinin qalıqları ötən gün Goranboy rayonunda müvəqqəti məskunlaşan ailələrinə təhvil verilib və orada vida mərasimi keçirilib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         4 dəqiqə
									4 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            