XƏBƏRLƏR / Hərbi

Ağdamda minaya düşən şəxsin son durumu YENİLƏNİB

Hasil Eldar oğlu Yusubov ANAMA-nın əməkdaşıdır

Ağdamda minaya düşən şəxsin son durumu YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:20

    İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Hasil Eldar oğlu Yusubov Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Xəstəxananın şöbə müdiri Nofəl Zeynalov bildirib ki, 1997-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı üçdəbirinin travmatik amputasiyası diaqnozu qoyulub.

    Nofəl Zeynalov

    Xəstəyə ilkin müdaxilələr olunub, yara qanaxması dayandırılıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

    ***

    10:44

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 28 may tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

    Agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

    Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.