XƏBƏRLƏR / Təbiət

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

    Ərazinin bir hissəsinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.