Zəlzələ yer qabığında dəyişikliyə səbəb olub
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) nümayəndəsi Orhan Tatar məlumat verib
Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində yer qabığında 7,3 metrə qədər dəyişiklik olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) nümayəndəsi Orhan Tatar məlumat verib. Zəlzələ Şərqi Anadolu fay xəttində baş verib. Zəlzələ nəticəsində 5 müxtəlif seqment dağılıb.
Bildirilir ki, fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 3858 afterşok qeydə alınıb.