XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb

Bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 124 nəfər köçürülüb

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:11

    Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

    Bu mərhələdə köçürülən 124 nəfərdən ibarət 24 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

    Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    06:59

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 24 ailə - 124 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 299 nəfər (85 ailə)
    Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
    Xıdırlı (Ağdam) - 1 808 nəfər (465 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 338 nəfər (88 ailə)
    Şuşakənd (Xocalı) - 115 nəfər (42 ailə)
    Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
    Badara (Xocalı) - 117 nəfər (31 ailə)
    Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
    Daşbulaq (Xocalı) - 91 nəfər (21 ailə)
    Kəlbəcər - 338 nəfər (81 ailə)

    Cəmi: 20 480 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.