XƏBƏRLƏR / Qayıdış

Ağdərədə silah tapıldı

DİN xəbər verir

Ağdərədə silah tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman 3 pulemyot, 1 qumbaraatan və 1 avtomat aşkar ediblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, hazırda araşdırma aparılır.