Qayıdış

Qarabağ və Şərqi Zəngəzura nə qədər insan qayıdıb?

Məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilib

Qarabağ və Şərqi Zəngəzura nə qədər insan qayıdıb?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən tikilən və ya bərpaolunan evlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 minə (3 721 ailə) yaxındır.

    Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

    F.Hüseynov bildirib ki, bu ərazilərdə olan əhali yalnız keçmiş məcburi köçkünlərlə kifayətlənmir.

    “Dövlət qurumlarının yeni qurulmuş bölmələrində, genişmiqyaslı yenidənqurma və bərpa işlərində çalışanları da nəzərə alsaq, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 44 minə yaxındır”, - deyə sədr müavini vurğulayıb.