XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb

Bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər, Həsənriz kəndinə 23 ailə - 93 nəfər köçürülüb

Növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 16:35

    Noyabrın 20-də Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə növbəti köç olub. Hər iki kəndə qayıdan keçmiş məcburi köçkünlərə bərpa edilən yeni evlərinin açarları təqdim edilib.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu mərhələdə Həsənriz kəndinə 93 nəfərdən ibarət 23, Vəngli kəndinə isə 11 nəfərdən ibarət 4 ailə qayıdıb. Həsənriz kəndində açarları sakinlərə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, kənddə müasir infrastrukturun tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, sakinlərin rahat yaşaması üçün kənd su, qaz, elektrik və internetlə təmin edilib. Eyni zamanda, kəndə qayıdanların məşğulluğu ilə bağlı hər cür dəstək də göstəriləcək.

    ***

    16:17

    Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb.

    Bu mərhələdə Həsənrizə 23 ailə (93 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülüb.

    ***

    13:59

    İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

    Noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Vəngli və Həsənriz kəndlərinə yola salınıb.

    Bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər, Həsənriz kəndinə 23 ailə - 93 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 857 nəfər (228 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 333 nəfər (97 ailə)
    Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
    Xıdırlı (Ağdam) - 1938 nəfər (495 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 394 nəfər (103 ailə)
    Şuşakənd (Xocalı) - 170 nəfər (61 ailə)
    Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 105 nəfər (27 ailə)
    Badara (Xocalı) - 136 nəfər (37 ailə)
    Seyidbəyli (Xocalı) - 127 nəfər (38 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 338 nəfər (81 ailə)
    Horovlu (Cəbrayıl) - 213 nəfər (47 ailə)

    Cəmi: 21 320 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.