XƏBƏRLƏR / Qayıdış

Bərdədən Xankəndinə müntəzəm avtobus reyslərinə başlayır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəbər verir

Bərdədən Xankəndinə müntəzəm avtobus reyslərinə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bərdədən Xankəndinə getmək artıq asanlaşır.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən müntəzəm avtobus reyslərinə başlayır.

    Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək.

    Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

    Biletləri "biletim.az" portalından əldə edə bilərsiniz: Bərdə-Xankəndi - 2,80 manat, Bərdə-Xocalı - 2,50 manatdır.