XƏBƏRLƏR / Qayıdış

Xankəndidə avtomat və qumbaralar aşkarlandı

DİN xəbər verir

Xankəndidə avtomat və qumbaralar aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.