"Ağlaya-ağlaya çıxdığımız Zabuxa gülə-gülə gedirik" VİDEO

Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanında iştirak edən sakinlər öz təəssüratlarını bölüşüblər

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.

    Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulacaq. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür.

    İndiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.

    Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanında iştirak edən sakinlər öz təəssüratlarını bölüşüblər.