XƏBƏRLƏR / İctimaiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Bu barədə DİN məlumat yayıb

Xankəndidə silah-sursat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisində müxtəlif markalı 15 avtomat silahı, 2 pulemyot, 1 tapança, 2 tüfəng, 22 qumbara, 12 alışdırıcı, 46 patron darağı, müxtəlif çaplı 1655 patron və digər sursatlar aşkarlanıb.

    Martın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan müxtəlif markalı 8 tüfəng aşkar edilərək götürülüb.