XƏBƏRLƏR / Qayıdış

Ötən həftə 462,1 hektar ərazi minalardan təmizlənib

ANAMA xəbər verir

Ötən həftə 462,1 hektar ərazi minalardan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

    ANAMA-dan bildirilib ki, martın 18-dən 24-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 30, tank əleyhinə 3 mina və 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Ötən həftə ərzində 462,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.