Azad olunan ərazilərə 3 ilə 34,5 min ailə köçürüləcək
Bu barədə Şuşada jurnalistlərə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib
2026-cı ilin sonuna kimi 34,5 min ailənin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə köçürülməsi planlaşdırılır.
Bu barədə Şuşada jurnalistlərə Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla) işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Onun sözlərinə görə, ölkənin işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası layihələri davam edir.
"Vətəndaşlarımız artıq bu ərazilərdəki 3 yaşayış məntəqəsində yerləşdirilib və orada yaxşı yaşayırlar. 2026-cı ilin sonuna kimi 34,5 min ailənin köçürülməsi nəzərdə tutulur. Bu, Azərbaycan Respublikasının ərazilərinə böyük qayıdış üzrə Dövlət Proqramında öz əksini tapıb. Azərbaycan işğaldan azad edilib”, - deyə E.Hüseynov bildirib.
O qeyd edib ki, geri qayıdan bütün vətəndaşlar yaşamaq, eləcə də işləmək üçün lazımi rahat şəraitlə təmin olunublar.