Erməni hərbçisi Laçın SKM-dən Azərbaycana buraxılmadı
Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat verib
Ermənistandan Xankəndiyə gəlmək istəyən şəxs Laçın sərhəd-keçid məntəqəsindən (SKM) buraxılmayıb.
"Hraparak"ın məlumatına görə, mülki geyimli şəxs hərbçi olduğu üçün içəri buraxılmayıb.
Məqalədə deyilir: “Görünür, Azərbaycan xüsusi xidmət orqanlarının dəqiq məlumat bazası var. Bütün bunlar təbii ki, acı reallıqdır".