XƏBƏRLƏR / Qayıdış

Xocalı faciəsiı zamanı itkin düşən Akif Mahmudov dəfn edildi

Onun qalıqlrı Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan tapılıb

Xocalı faciəsiı zamanı itkin düşən Akif Mahmudov dəfn edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.

    Dəfn mərasimində Xocalı Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, mərhumun yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərasimdə mərhumun ruhuna dualar oxunub, fatihə verilib.