Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir
Qarabağ Universitetində keçirilən tədbirdə Prezidentin xüsusi nümayəndəsi, təhsil və iqtisadiyyat nazirləri iştirak edirlər

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.
Forumda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.
Forum çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar", "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" adlı iki panelin keçirilməsi nəzərdə tutulub.
Həmçinin Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.
İlki çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib ki, Qarabağ Universitetinin aparıcı Universistetlərdən birinə çevirilməsi üçün müxtəlif istiqamətlərdə işlər görülür.
Onun sözlərinə görə, forumun keçirilməsində əsas məqsəd təhsil sahəsində irəlliləmək üçün səfərbər olmağa çağırışdır: "1150 tələbəsi olan Qarabağ Universiteti hazırda kifayət qədər yaxşı irəliləyir. Onun gələcək üçün daha da inkişaf etməsi bizim əsas məqsədlərimizdəndir".