Ermənilərin qurduğu partlayıcılar təhlükə mənbəyidir
Azad edilmiş ərazilərdə ciddi təhlükə hələ də qalmaqdadır FOTO
MLRS (BM-24) üçün 240 mm-lik raketlərdən ibarət, 40+ ədəd 120 mm-lik minaatan sursatları ilə üzlənmiş “əldə hazırlanmış partlayıcı qurğular” (qurulmalar) azad edilmiş ərazilərdə ciddi təhlükə mənbəyidir.
Ermənistan silahlı qüvvələrinin işğalçı kontingenti tərəfindən, sözün həqiqi mənasında, bütün keçmiş qoşunların təmas xətti boyunca yerləşdirilmiş, minatəmizləmə mütəxəssislərinin zərərsizləşdirməli olduğu ciddi təhlükə hələ də qalmaqdadır.