XƏBƏRLƏR / Qayıdış

Horadiz-Ağbənd dəmir yolunun tikintisi barədə

Bu haqda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov danışıb

Horadiz-Ağbənd dəmir yolunun tikintisi barədə
Rövşən Rüstəmov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-ni tamamlayıb.

    Bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

    "Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir", - o vurğulayıb.

    Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".