XƏBƏRLƏR / Qayıdış

Füzuliyə daha 34 ailə yola salınıb

İndiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib

Füzuliyə daha 34 ailə yola salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

    Müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

    Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.