XƏBƏRLƏR / Qayıdış

Xankəndidə 8 qumbara, 7 avtomat və 1 pulemyot tapılıb

Bu barədə DİN xəbər verir

Xankəndidə 8 qumbara, 7 avtomat və 1 pulemyot tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhəri ərazisindən 8 qumbara, 7 avtomat və 1 pulemyot tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, 1555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.