Qırğızıstan Qarabağın bərpasında iştirakını davam etdirəcək
Bu barədə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov danışıb
Şəhərsalma və Memarlıq Komitəsinin sədri Anar Quliyev Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla görüşüb.
Tərəflər strateji tərəfdaşlıq və şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Qırğızıstanın Qarabağın və Şərqi Zəngəzurun bərpasına, o cümlədən Ağdam rayonunun Xıdırlı kəndində məktəbin tikintisinə dəstəyi xüsusilə qeyd edilib.
1 dəqiqədən az