XƏBƏRLƏR / Qayıdış

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Kənd 2023-cü ildə antiterror əməliyyatı nəticəsində azad olunub

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.

    İlk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.

    Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.