İşğaldan azad edilmiş ərazilərdə 20 türk şirkəti işləyir
Bunu Baş nazir Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib
20-dən çox türk şirkəti Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında 50-yə yaxın layihə həyata keçirir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu layihələrin ümumi dəyəri 4 milyard dollardır.