Qubadlının Xanlıq kəndində kəllə sümüyü aşkar edilib
Bu barədə Baş Prokurorluqdan bildirilib
Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.