Daha 22 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçəcək
Kəndə köçürüləcək ailələr arasında püşkatma keçirib
Avqustun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonundakı Xüsusi Nümayəndəliyinin və Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Püşkatmada 22 ailə (106 nəfər) iştirak edib. Tərkibinə uyğun olaraq onlardan 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü isə beşotaqlı yaşayış binaları ilə təmin olunub. Bu ailələr Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayırlar.
Püşkatmada iştirak edən ailələr qrafikə uyğun olaraq avqustun 12-də Ağalı kəndinə göndəriləcək.