XƏBƏRLƏR / Qayıdış

Xankəndidə xeyli silah-sursat aşkarlandı

Bu barədə DİN məlumat yayıb

Xankəndidə xeyli silah-sursat aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

    Bu barədə DİN məlumat yayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.