XƏBƏRLƏR / Qayıdış

Laçın rayonunda ilk dəfə buraxılış imtahanı keçirilib

Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır

Laçın rayonunda ilk dəfə buraxılış imtahanı keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.

    Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. İmtahan rəhbəri Elçin Süleymanov bildirib ki, 4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11.00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

    Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

    Buraxılış imtahanı Zabux kənd tam orta məktəbində də uğurla başa çatıb.