Şuşada yeni tədris ilində 21 şagird ilk dəfə məktəbə gedib
Ümumiyyətlə Şuşanın 1 nömrəli tam orta məktəbində 235 şagird təhsil alır
Bu il Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 235 şagird yeni tədris ilinə başlayıb. Onlardan 21-i ilk dəfə məktəbə qədəm qoyan birincilərdir.
Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxış edənlər təhsil işçilərini və şagirdləri təbrik edib, onlara tədris ilində uğurlar arzulayıblar.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına xüsusi diqqət göstərilir. Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə də şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Artıq 3-cü ildir ki, məktəbdə Bilik Günü qeyd edilir. Bu il məktəbi bitirən məzunlardan 4 nəfər ali təhsil müəssisəsinə, 2 nəfər isə orta ixtisas təhsil müəssisəsinə qəbul olub.
1 dəqiqədən az