XƏBƏRLƏR / Qayıdış

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə Bilik Günü FOTO

Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə Bilik Günü FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 7 ümumi təhsil müəssisəsində ilk dəfə Bilik Günü qeyd edilib.

    Qarabağ Regional Təhsil İdarəsi xəbər verir ki, yeni tədris ilinin ilk günü aşağıdakı məktəblərdə ilk dəfə Bilik Günü keçirilir:

    • Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi

    • Ağdam şəhər 1 nömrəli tam orta məktəbi

    • Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi

    • Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi

    • Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi

    • Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi

    • Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi

    Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.