BMT işğaldan azad edilmiş ərazilərdə 2 kənd planlaşdıracaq
Bu barədə Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri Anar Quliyev "X"-də paylaşım edib
Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycan və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) ölkənin işğaldan azad edilmiş ərazilərində iki kəndin planlaşdırılması ilə bağlı saziş imzalayıblar.

Quliyev yazır: "Bu gün Nyu-Yorkda BMT-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax ilə birlikdə Azərbaycanla təşkilat arasında əməkdaşlığın yeni mərhələsini açan saziş imzaladıq. BMT-Habitat ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd yaşayış məntəqələrinin planlaşdırılması prosesinə birbaşa töhfə verəcək. Birgə layihənin bir hissəsi olaraq, Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üçün məkan planlaşdırma sənədləri hazırlanacaq. Bu tərəfdaşlıq, Böyük Qayıdış proqramının həyata keçirilməsinə töhfə verməklə, doğma torpaqlarına qayıdan vətəndaşlar üçün daha keyfiyyətli, daha dayanıqlı və daha çox insan mərkəzli yaşayış mühitinin yaradılmasına kömək edəcək".
1 dəqiqə