Diplomatlarımız Xankəndi şəhərinə gəliblər FOTO
Nümayəndə heyəti Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə gəliblər.
Nümayəndə heyəti Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olur. Xankəndi şəhəri ilə tanışlıqdan sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçiriləcək.