Qayıdış

Şuşadan poçtla ABŞ və Avropaya ilk məktub göndərilib

Filippinli Rhodora Burton Legaspi Nyu Yorka, irlandiyalı David Joseph Langan isə İrlandiya və Kanadaya məktub göndəriblər

Şuşadan poçtla ABŞ və Avropaya ilk məktub göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.

    Səfər zamanı səyyahlar Şuşa şəhəri poçtundan Avropa və Amerikaya məktub göndəriblər. Belə ki, filippinli Rhodora Burton Legaspi Nyu Yorka, irlandiyalı David Joseph Langan isə İrlandiya və Kanadaya məktub göndəriblər.



    Qeyd edək ki, Şuşa poçtu erməni işğalından əvvəl də həmin binada yerləşirdi.

    Şuşa poştu, 1988-ci il

    Qeyd edək ki, beynəlxalq səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir.

    Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

    Beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.