Ölkənin ən uzun Murovdağ tuneli dəlilib VİDEO
Tunelin uzunluğu 11,6 kilometrdir
Murovdağ tuneli dəlilib. Bu barədə görüntüləri Kəlbəcər sakini paylaşıb.
AAYDA-dan isə bildiriblər ki, tuneldə dəlmə işləri avqustun əvvəllərində yekunlaşmalıdır.
Qeyd edək ki, bu tunel işğaldan azad edilmiş Qarabağ ərazilərini ölkənin qalan hissəsi ilə birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun bir hissəsidir.
Tunelin uzunluğu 11,6 kilometrdir ki, bu da onu dünyanın ən uzun yol tunellərindən birinə çevirir.
Tuneldə bir istiqamətdə iki hərəkət zolağı olacaq, eni 10 metr olacaq.
Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.