"Qarabağ, sən dirçəlirsən!" VİDEO
Qaçqınkom Zəfər Günü münasibətilə fləşmob keçirib
8 Noyabr – Zəfər Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob təşkil olunub.
Dövlət Komitəsindən bildirilib ki, Şuşa şəhərinə köçmüş sakinlərin iştirakı ilə reallaşan fləşmobda işğaldan azad olunmuş Qarabağın dirçəlişi və qalib xalqın ruh yüksəkliyi nümayiş etdirilib.