XƏBƏRLƏR / Qayıdış

Rusiya FHN mina təmizləmə işində kömək etməyə hazırdır

Bunu Bakıda səfərdə olan Rusiya Fövqəladə hallar naziri Aleksandr Kurenkov Kəmaləddin Heydərovla görüşündə bildirib VİDEO

Rusiya FHN mina təmizləmə işində kömək etməyə hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar mina təmizləmə işində Azərbaycana kömək etməyə hazırdır.

    Bu barədə Rusiya naziri Aleksandr Kurenkov Bakıda Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə bildirib.

    Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri həmçinin iki ölkənin fövqəladə hallar orqanları arasında əməkdaşlığın dostluğa, mehriban qonşuluğa və bir-birinin maraqlarına qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.

    Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı” imzalanıb. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.

    VİDEO