14:40
Ağdərəyə yola salınan növbəti köç karvanı rayonun Həsənriz kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Rayonun Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçlə Həsənriz kəndinə 10 ailənin (52 nəfər) qayıdışı həyata keçirilib
***
13:17
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Həsənriz kəndinə 10 ailə - 52 nəfər Tərtər rayonu ərazisindən yola salınıb.
Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1037 nəfər (264 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 528 nəfər (135 ailə)
Aşağı Oratağ -119 nəfər (31ailə)
Çapar- 96 nəfər (26 ailə)
Heyvalı - 74 nəfər (19 ailə)
Çıldıran - 48 nəfər (13 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 482 nəfər (111 ailə)
Ballıça - 1034 nəfər (232 ailə)
Təzəbinə - 646 nəfər (146 ailə)
Xanyurdu - 445 nəfər (126 ailə)
Şuşakənd - 418 nəfər (110 ailə)
Badara - 266 nəfər (73 ailə)
Seyidbəyli - 251 nəfər (69 ailə)
Daşbulaq - 109 nəfər (26 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 782 nəfər (268 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 308 nəfər (83 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Hadrut - 182 nəfər (46 ailə)
Qırmızı Bazar - 513 nəfər (122 ailə)
Sos - 360 nəfər (85 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 449 nəfər (108 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 142 nəfər (35 ailə)
Cəmi: 26 514 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 70 minə yaxın insan yaşayır.
3 dəqiqə