XƏBƏRLƏR / İctimaiyyət

Ağsu dolaylarında asfalt çöküb

Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb

Ağsu dolaylarında asfalt çöküb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib. Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.

    Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

    Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.