Aİ Ermənistan şirkətlərinə qarşı sanksiya tətbiq edib
Şirkətlər Qərbin sanksiyalarından yan keçərək Rusiyanın hərbi sənayesinə dəstək verməkdə şübhəlidir
"Bloomberg" Avropa Komissiyasının sənədlərinə istinadən bildirir ki, erməni şirkətləri Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketinə daxil edilib. Agentlik bildirir ki, sanksiyalar Ermənistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistandan olan 35-dən çox şirkətə təsir edəcək.
"Bloomberg" onların adlarını açıqlamayıb. Onun sözlərinə görə, Aİ erməni şirkətlərini Qərbin sanksiyalarından yan keçərək Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verməkdə şübhələnir.