Aİ fövqəladə hallara hazırlaşmaq haqda təlimat yayıb
Vətəndaşlar böhranın ilk üç günü ərzində əsas ehtiyaclarını müstəqil şəkildə ödəməlidir
Aİ vətəndaşların fövqəladə hallara hazırlanması ilə bağlı təlimat dərc edib.
Avropa Komissiyası vətəndaşların böhranın ilk üç günü ərzində əsas ehtiyaclarını müstəqil şəkildə necə ödəyə bilməsi, fövqəladə hallara hazırlaşması və etibarlı məlumat əldə etməsi ilə bağlı tövsiyələr verən yeni fövqəladə hallar üzrə təlimat dərc edib. Avropa Komissiyasının bəyanatında qeyd olunur ki, Avropa getdikcə "mürəkkəb böhranlar"la üzləşir və buna görə də qitənin dayanıqlığını gücləndirmək üçün xüsusi tədbirlər görür.
Yeni təlimatda hökumət yardımı səfərbər olunmazdan əvvəl vətəndaşların ilk üç gün ərzində əsas ehtiyaclarını müstəqil şəkildə ödəyə bilməsi üçün tədbirlər görülməsi tövsiyə olunur. Həmçinin, fövqəladə hallara hazırlığın məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi və müəllimlər üçün məlumatlandırma tədbirlərinin keçirilməsi tövsiyə olunur.
Xatırladaq ki, bu təlimatın yenilənməsi haqda hərbi ekspert Aqil Rüstəmzadə bir neçə gün əvvəl yazmışdı.
1 dəqiqə