Aİ-nin komissarı Azərbaycana gəlir
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib
Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının onuncu nazirlər iclasında və COP-un “yaşıl enerji” üzrə nazirlərin ikinci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və “yaşıl enerji” üzrə 2-ci iclası keçiriləcək.
Bu iki tədbirin keçirilməsi təkcə neft-qaz potensialı hesabına deyil, həm də alternativ enerji mənbələri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu əyani şəkildə nümayiş etdirir.