XƏBƏRLƏR / Energetika

Energetika naziri Şahbazov ABŞ-da bir sira görüşlər keçirir

Bu barədə nazir "X" sosial şəbəkəsində məlumat verib

Energetika naziri Şahbazov ABŞ-da bir sira görüşlər keçirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-a səfəri çərçivəsində Azərbaycanın energetika naziri Şahbazov Nümayəndələr Palatasının Enerji və Su Ehtiyatları Alt Komitəsinin sədr müavini Con Klaudla görüşüb.

    Görüşdə Bakı ilə Vaşinqton arasında enerji əməkdaşlığının inkişafı, regional əhəmiyyətli təşəbbüslər və Azərbaycanın yeni layihələri kontekstində müzakirə olunub.

    Daha sonra Şahbazov ABŞ Ticarət Palatasında görüşlər keçirib.

    Nazir bu barədə yazır:

    "ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və aparıcı enerji şirkətləri ilə enerji gündəlimizdə yer alan layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərir və bu məqsədlə nümayəndə heyətinin gələn ilin fevralında ölkəmizə səfəri planlaşdırılır".